Qabyuyan süngərlər bu xəstəliklərə  SƏBƏB OLUR
24 yanvar 2024 14:18 (UTC +04:00)

Qabyuyan süngərlər bu xəstəliklərə SƏBƏB OLUR

Biotexnoloq qabyuyan süngərlərin hansı xəstəliklərə səbəb ola biləcəyini izah edib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əczaçılıq üzrə mütəxəssis Mariya Zolotareva məlumat verib.

Qabların yuyulması üçün köpük süngərlər bakteriyaların inkişafı üçün ideal mühitdir. Onun sözlərinə görə, bir həftə ərzində işlədilən süngərdə tualetdən 200 min dəfə çox mikroorqanizm görünür:

“Gözənəkli quruluşa görə süngərdə qida qalıqları və yağlar qalır ki, bu da bakteriyaların belə sürətlə çoxalmasına şərait yaradır. Apardığım təcrübə göstərib ki, cəmi üç gün təyinatı üzrə istifadə edilən süngərdə artıq bütöv bir mikroorqanizm icması əmələ gəlib. Söhbət enterobakteriyalardan gedir, onlara ümumi olaraq koliform bakteriyalar, stafilokoklar, maya və kif də deyilir”.

Enterobakteriyalar ailəsinə aid olan fürsətçi bakteriya cinsi Klebsiella xüsusilə təhlükəlidir:

“İnsanlarda Klebsiella daha çox tənəffüs yollarının xəstəliklərinin (rinosklerom, bronxit, pnevmoniya, ağciyər absesi) törədicisi olur. Onlar həmçinin göz qapaqlarının və sidik-cinsiyyət orqanlarının selikli qişasının, beyin qişalarının, oynaqların zədələnməsinə səbəb ola bilər. Böyüklərdə və uşaqlarda peritonit, sepsis, kəskin bağırsaq infeksiyaları yaradır, əməliyyatdan sonrakı irinli ağırlaşmalara gətirib çıxarır. Klebsiella təkcə təhrik edə biləcəkləri spesifik xəstəliklərə görə deyil, həm də antibiotiklərə qarşı müqavimətin inkişafına görə təhlükəlidir.

Bədən üçün xoşagəlməz nəticələrin qarşısını almaq üçün hər həftə köpük süngərini dəyişdirmək tövsiyə olunur. Qabların, tərəvəz və meyvələrin, lavaboların, mətbəx səthlərinin yuyulması üçün ayrıca süngərlərdən istifadə etmək də vacibdir. Adi süngərləri yuyula, qaynar su ilə bişmiş və dezinfeksiya edilə bilən sintetik plastik fırçalarla əvəz etmək optimaldır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Fidan İlqar

Oxşar yazılar