Peyvəndin birinci dozasını vurduran ikincidən imtina edə bilərmi? -  ÖZƏL
21 may 2021 16:15 (UTC +04:00)

Peyvəndin birinci dozasını vurduran ikincidən imtina edə bilərmi? - ÖZƏL

Hazırda Azərbaycanda COVID-19 əleyhinə Çinin Sinovac şirkətinin “CoronaVac”, İngiltərə-İsveç birgə şirkətinin istehsal etdiyi “AstraZeneca” və Rusiya istehsalı olan "Sputnik V” peyvəndindən istifadə edilir.

Xatırladaq ki, birinci doza hansı peyvənd vurulubsa, ikinci də eyni olmalı və hər iki doza eyni miqdarda vurulmalıdır.

Maraqlıdır, peyvəndin birinci dozasını vurduran şəxs, ikinci dozadan imtina edə bilərmi?

Lent.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, vətəndaşların peyvəndlənməsi könüllüdür:

“Vətəndaş ikinci doza peyvəndin qəbulundan tibbi səbəb varsa, imtina edə bilər. Əks halda, ikinci doza peyvənd vurdurmayan şəxsə sənəd (pasport) verilmir”.

Əlavə edək ki, peyvəndin ikinci dozası ilk peyvənd vurulandan 28 gün sonra tətbiq olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5505
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar