Pensiyaya çıxmaq   sağlamlıq üçün hansı problemlər yaradır?
16 oktyabr 2022 13:02 (UTC +04:00)

Pensiyaya çıxmaq sağlamlıq üçün hansı problemlər yaradır?

Pensiyaya çıxdıqdan sonra fiziki aktivliyin azalması səbəbindən insanlar müxtəlif xəstəliklərə tutulma riski ilə üzləşirlər. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu qənaətə Finlandiyanın Turku Universitetinin alimləri gəlib.

Alimlər pensiyaya çıxmazdan əvvəl həftə ərzində və ondan bir il sonra 24 saat biləyinə akselerometr (müvafiq təcili ölçən qurğudur-red.) taxan 515 insan üzərində araşdırma aparıblar. Məlum olub ki, təqaüdçülər gündə orta hesabla 36 dəqiqə çox yatıb, pensiyaya çıxana qədər bir saat daha az idmanla məşğul olublar.

Alimlərin sözlərinə görə, bu cür vərdişlər ürək xəstəlikləri, demansiya və yüksək qan təzyiqi kimi bir çox sağlamlıq problemi ilə bağlıdırr.

Tədqiqatçılar pensiyaya çıxan insanları fiziki fəaliyyət həcmini artırmaq üçün səy göstərməyə çağırırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Oxşar yazılar