Müasir dünyada stresə, depressiyaya, gərginliyə səbəb ola biləcək bir çox amillər var və zəif sinir sistemi səbəbindən bütün bədən əziyyət çəkir. Amma onu müəyyən vitaminlərin köməyi ilə gücləndirmək olar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə endokrinoloq Zuxra Pavlova danışıb.
Onun sözlərinə görə, yalnız bir orqana təsir edəcək vitaminlər yoxdur, onlar ümumiyyətlə orqanizmi dəstəkləyir və onun düzgün işləməsini təmin edir. Ancaq sinir sistemini gücləndirən elementlər var. Bu siyahıya qoz-fındıq, taxıl, quş ətində tapıla bilən B1 vitamini daxildir.
Avokado, tünd şokolad, lobya, balqabaq toxumu və bananda olan maqneziumla da orqanizmi zənginləşdirə bilərsiniz. B6, B9 və B12 vitaminləri də sinirlər üçün çox lazımdır, ona görə də menyuya vaxtaşırı pomidor, albalı, limon, qulançar, yumurta, brokoli, mal əti qaraciyəri əlavə edilməlidir.
Zuxra Pavlova həmçinin alma, itburnu, badam, manqo, bitki yağı, günəbaxan tumları kimi C və E vitaminləri ilə zəngin qidaları yeməyi tövsiyə edir.