Payızda pis əhval-ruhiyyənin  vitaminlərlə əlaqəsi var?
27 oktyabr 2023 12:34 (UTC +04:00)

Payızda pis əhval-ruhiyyənin vitaminlərlə əlaqəsi var?

Psixoloq Afonina vitamin çatışmazlığından qaynaqlanan ruh dəyişkənliyi haqqında danışıb. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, payızın gəlməsi ilə bir çox insanlar xoşagəlməz simptomlarla qarşılaşırlar. Məsələn, letarji, əhval-ruhiyyənin azalması, yuxu pozğunluğu və s. 

İnsanlar bu halları çox vaxt vitamin çatışmazlığı ilə əlaqələndirirlər. Belə ki, əhval-ruhiyyə ilə orqanizmdəki vitaminlərin səviyyəsi arasında bu əlaqə son dərəcə geniş yayılmış mifdir.

Psixoloqun sözlərinə görə, “payız əhval-ruhiyyəni pisləşdirir” yanaşması doğru deyil. Belə ki, bu aylarda günəşli günlərin az olması insanlarda D vitamin çatışmazlığı yaradır. Bu da müəyyən ruh dəyişikliklərinə səbəb olur. Yəni bu bədəndəki vitamin çatışmazlığı ilə əlaqəlidir. Payızın bu məsələyə heç bir aidiyyəti yoxdur. 

“Həmçinin yadda saxlamaq lazımdır ki, bu simptomlar mövsümi affektiv pozğunluqlardan – ilin müəyyən vaxtlarında təkrarlanan depressiv epizodlardan qaynaqlana bilər. Bu vəziyyət çətin ola bilər və performansın itirilməsinə, əvvəllər sevilən fəaliyyətlərdən sevinc hissinə və yaşamaq istəməməsinə gətirib çıxarır. Əgər bu vəziyyətdən şübhələnirsinizsə, psixoterapevtə müraciət etməlisiniz”, - deyə psixoloq bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2973
avatar

Sevinc Fərid

Oxşar yazılar