Lif çatışmazlığı qalın və düz bağırsaq xərçənginin inkişafına səbəb ola bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu barədə dietoloq Mixail Qinzburq xəbərdarlıq edib.
O, gündə ən azı 30 qram pəhriz lifi yeməyi məsləhət görür. Onlar tərəvəz, meyvə, giləmeyvə, paxlalılar, dənli bitkilər və kəpəkli çörəklərdə olur.
Həkimin sözlərinə görə, qida rasionunda qida lifinin olmaması, ilk növbədə, yaşla bağlı deyilən xəstəliklərin sürətli inkişafı və bədxassəli gedişi ilə əlaqədar təhlükəlidir. "Lif qalın və düz bağırsağın xərçəngi ehtimalını azaldır, ateroskleroz, diabet və digər xəstəliklərin inkişafını ləngidir", - həkim vurğulayıb.
Onun sözlərinə görə, lif həm də xolesterin mübadiləsini və bağırsaq mikroflorasının vəziyyətini yaxşılaşdırır.