Oturaq həyat tərzinin daha bir TƏHLÜKƏLİ NƏTİCƏSİ
06 fevral 2024 13:46 (UTC +04:00)

Oturaq həyat tərzinin daha bir TƏHLÜKƏLİ NƏTİCƏSİ

Oturaq həyat tərzi bir sıra sağlamlıq fəsadlarına səbəb olduğu üçün qlobal problemdir. Amerikalı mütəxəssislər müəyyən ediblər ki, hərəkətliliyin olmaması, digər şeylərlə yanaşı, demensiyaya da səbəb ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar 60 yaşdan yuxarı 100 mindən çox insanın iştirak etdiyi eksperiment keçirib.

Könüllülərdən akselerometrləri bir həftə, gündə 24 saat taxmaq istənilib. Bu cihazlar onların bütün hərəkətlərini qeydə alıb. Qeyd edək ki, tədqiqat iştirakçıları müşahidənin əvvəlində demensiyaya malik deyildilər.

Mütəxəssislər təcrübənin nəticələrini maşın öyrənmə alqoritminə yükləyiblər. Tədqiqatçılar həmçinin demensiyanı kimin inkişaf etdirdiyini öyrənmək üçün xəstəxana qeydlərindəki məlumatlara baxıblar. Məlum olub ki, 6 il ərzində bu xəstəliyə 414 yoluxma halı qeydə alınıb. Demoqrafik vəziyyətə və həyat tərzinə uyğunlaşdırdıqdan sonra tədqiqatçılar gündə 10 saatdan çox hərəkətsiz vaxt keçirən yaşlı insanlar arasında demans riskinin əhəmiyyətli dərəcədə artdığını aşkar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3816
avatar

Fidan İlqar

Oxşar yazılar