“Onkoloji xəstəliklə 35 il yaşayanlar var” – Baş HƏKİM
14 noyabr 2023 14:36 (UTC +04:00)

“Onkoloji xəstəliklə 35 il yaşayanlar var” – Baş HƏKİM

“Poliklinikanın qəbul şöbəsində hər gün çox sayda adam olur. Müşahidə edərkən bu çoxluq insanı qorxuda bilər, lakin oradakıların hamısı onkoloji xəstə deyil, bir-iki nəfər xəstədir. Sadəcə bir nəfərin yanında 3-4 nəfər gəlir və kənardan baxan da deyir ki, onkoloji xəstə sayı çoxdur”.

Lent.az xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin APA-ya müsahibəsində bildirib.

O, qeyd edib ki, 2022-ci il üçün rəsmi qeydiyyatda olan 62 385 nəfərdən 22 349 nəfəri 5 il və 5 ildən yuxarı onkoloji xəstəliklə yaşayanlardır:

“Bunlar arasında 18, 25, 35 il yaşayanlar da var. Bu adamlardan kimsə infarkt, insult da keçirə, avtomobil qəzasında da həlak ola bilər. Lakin özüm də müşahidə edirəm ki, onkoloji xəstəlik diaqnozu qoyulmuş şəxs başqa səbəbdən də vəfat etsə, onkoloji xəstə olmağı önə çıxarılır. Bu da qorxu yaradır. Onkoloji xəstəlik də digərləri kimi, müalicə oluna bilən xəstəlikdir, sadəcə vaxtında aşkarlamaq lazımdır ki, bununla mübarizə aparmaq asan olsun. Yerləşdiyi anatomik nahiyədən asılı olmayaraq, ilkin mərhələlərdə bu xəstəlik sağalma imkanına malikdir. Lakin xəstə 3-4-cü mərhələdə, fəsadlar vermiş, digər orqanları zədələmiş halda, ağır vəziyyətdə gələndə kömək etmək bir qədər çətin olur. Bu çətinliyi də xəstə özü yaradır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3708
avatar

Oxşar yazılar