Meymunçiçəyi meymunlar üçün də  təhlükəyə çevrildi
15 avqust 2022 14:38 (UTC +04:00)

Meymunçiçəyi meymunlar üçün də təhlükəyə çevrildi

Meymunçiçəyi səbəbiylə meymunların özləri risk altındadır. 

Lent.az xarici mediaya istinadla bildirir ki, son günlər Braziliyada primatlar fiziki hücuma məruz qalıb, hətta zəhərlənərək və daşlanaraq öldürülüb.

Braziliyanın G1 xəbər saytının məlumatına görə, son bir həftə ərzində ən azı 10 meymunda sərxoşluq və ya aqressivlik əlamətləri müşahidə olunub ki, bu da onların zəhərlənmiş ola biləcəyi qorxusunu artırır. Yeddi meymun ölüb, qalanları isə San-Joze-du-Rio-Preto heyvanxanasında müşahidə edilir.

Hücumlar ona gətirib çıxarıb ki, ötən ay meymunçiçəyini Ümumdünya Səhiyyə Təşkilatı səhiyyə sahəsində qlobal fövqəladə vəziyyət elan edib. Amma virusun adına baxmayaraq, meymunlar onu ötürməkdə ittiham olunmamalıdırlar.

İnsanlar infeksiyanın insanlar arasında yayıldığı aydın bilməlidirlər”, - ÜST-nin sözçüsünümayəndəsi Marqaret Harris jurnalistlərə bildirib.

Onun sözlərinə görə, söhbət “yaxın təmas” yolu ilə infeksiyadan gedir.

Harris əlavə edib ki, virus "müxtəlif gəmiricilərdə daha tez-tez görülüb" və virusun adının dəyişdirilib-deyişdirilməməsi üzərində iş davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2391
avatar

Oxşar yazılar