Mədəsindən telefon çıxdı- ŞOK HADİSƏ
06 sentyabr 2021 15:35 (UTC +04:00)

Mədəsindən telefon çıxdı- ŞOK HADİSƏ

33 yaşlı kişinin mədəsindən Nokia 3310-un yenilənmiş versiyası çıxıb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, bu qeyri-adi hadisə Kosovanın paytaxtı Priştina şəhərində baş verib. Həkimlər Nokia 3310 markalı mobil telefonu udmuş ​​bir kişini əməliyyat ediblər. Telefonun kişinin mədəsində dörd gün qaldığı bildirilir. Əməliyyatı həyata keçirən həkim, xəstənin mədəsini kəsmədən telefonu endoskop adlanan xüsusi cihazlardan istifadə edərək üç ayrı hissəyə ayırıb. Əməliyyat təxminən 2 saat davam edib.

Məlumata görə, 33 yaşlı kişi telefonu udub. Daha sonra ağrıya dözə bilmədiyi üçün xəstəxanaya getmək qərarı verib. Telefonu udma səbəbi isə məlum deyil. Həkim bildirib ki, əgər xəstə vaxtında müraciət etməsəydi, batareya partlaya bilərdi və kişinin bağırsaqlarına kimyəvi maddələr buraxardı. Hazırda xəstənin vəziyyəti yaxşıdır.

Qeyd edək ki,  kişinin udduğu telefonun ilk versiyası 21 il əvvəl çıxıb. Nokia, bütün dünyada 126 milyon ədəd telefon satıb.

# 4536
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30
yumurta

Hər gün yumurta yemək orqanizmə necə təsir edir?

17 may 2024 , 09:35
Arzuları  yerinə yetirən  sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

16 may 2024 , 19:49