Dünya Hindistanda aşkar edilən koronavirusun Delta növünün narahatlığını yaşayarkən Perudan pis xəbər gəldi. Peruda ortaya çıxan koronavirusun “Lambda” növü artıq yayılmağa başlayıb.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, "Lambda" bu günə qədər 30 ölkəyə yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Lambda”nın daha yoluxucu və peyvəndlərə qarşı davamlı ola biləcəyindən narahatlığını bildirib. Onun virusun digər növlərindən fərqli əlaməti bağırsaq problemlərini yaratmasıdır.
Qeyd edək ki, dünyada sürətlə yayılan Delta variantı bu günə qədər 65 ölkədə aşkar edilib. Qriplə qarışdırılan virusun bu növündə yeni bir əlamət də aşkarlanıb. Belə ki, bu virusa yoluxanlar tədricən eşitməni də itirəcəklər.