Koronavirusun ən çox rast gəlinən 20 SİMPTOMU
03 avqust 2022 19:35 (UTC +04:00)

Koronavirusun ən çox rast gəlinən 20 SİMPTOMU

Böyük Britaniyada 17 min 500 nəfərə aid məlumatlar göstərir ki, “Covid” testinin nəticəsi müsbət olmuş şəxslərdə indi ən çox rast gəlinən simptom boğaz ağrısıdır. Digər xarakterik əlamətlər isə baş ağrısı, burun tıxanıqlığı və öskürəkdir.

Lent.az BBC-yə istinadən xəbər verir ki, Britaniya Milli Sağlamlıq Xidmətinin (NHS) siyahısında ilk yerləri tutan yüksək hərarət və iybilmə/dadbilmənin itməsi əlamətləri artıq nadir hallarda ortaya çıxır.

Tez-tez rast gəlinən simptomlar səsin batması, asqırma, yorğunluq, əzələ ağrıları və başgicəllənmədir.

“Zoe App” tətbiqin məlumatlarına görə, “Covid-19”-un 20 əsas  əlaməti aşağıdakılardır:

  • boğaz ağrısı - 58%
  • baş ağrısı - 49%
  • burun tutulması - 40%
  • quru öskürək - 40%
  • burun axması - 40%
  • bəlğəmli öskürək - 37%
  • səs tutulması - 35%
  • asqırma - 32%
  • yorğunluq - 27%
  • əzələ ağrıları - 25%
  • başgicəllənmə - 18%
  • limfa düyünlərinin şişməsi - 15%
  • göz ağrısı - 14%
  • iybilmə hissinin dəyişməsi - 13%
  • sinə ağrıları - 13%
  • qızdırma - 13%
  • tərləmə-titrəmə - 12%
  • tənginəfəslik - 11%
  • qulaq ağrısı- 11%
  • dadbilmə hissinin itməsi - 10%.

Bu əlamətlərə digər araşdırmalarda da rast gəlinir.

covid-19, səhiyyə, sağlamlıq, virus, koronavirus, pandemiya

Britaniyada “React-1” sorğu mərkəzinin təsadüfi yolla seçilən 150 min nəfərin məlumatlarına əsaslanan araşdırmasına görə də pandemiyanın ortaya çıxmasından bugünədək “Covid-19” simptomlarında dəyişiklik baş verib.

Alimlər qeyd edirlər ki, buna səbəb vaxt keçdikcə virusun dəyişməsi və ya mutasiyası ola bilər.

İlk dəfə Uhanda aşkar edilmiş “Covid-19” sonradan müxtəlif variantlarda ortaya çıxıb və bu variantlardan biri olan “Omicron” dominant növə çevrilib.

“React-1” araşdırmasının müəllifləri - “Imperial College London”-un tədqiqatçıları qeyd edirlər ki, bu variantda ən az rast gəlinən əlamətlər iybilmə və dadbilmə hissinin itməsidir.

“Omicron”-un bu ilin mart ayından etibarən sürətlə yayılmağa başlamış BA.1 və BA.2 növlərində daha çox qrip simptomlarını xatırladan vəziyyət müşahidə olunub.

Sonra “Omicron”un iki alt variantı - BA.4 və BA.5 dominant olub və virusun yayılma sürətini artırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556
avatar

Oxşar yazılar