Koronavirusdan yenə  ölənlər var -   SON STATİSTİKA
27 aprel 2023 18:15 (UTC +04:00)

Koronavirusdan yenə ölənlər var - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 811 nəfər müalicə olunaraq sağalıb, 10 235 nəfər vəfat edib, aktiv xəstə sayı 221 nəfərdir.

Ölkədə son sutka ərzində 1 437, hazırkı dövrədək isə 7 587 257 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1664

Oxşar yazılar