Koronavirusdan  ölən var   - SON STATİSTİKA
05 yanvar 2023 18:55 (UTC +04:00)

Koronavirusdan ölən var - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 232 nəfər müalicə olunaraq sağalıb, 10 009 nəfər vəfat edib, aktiv xəstə sayı 321 nəfərdir.

Ölkədə son sutka ərzində 1 846, hazırkı dövrədək isə 7 436 506 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1575
avatar

Oxşar yazılar