Çoxlarının sevdiyi portağal suyu sağlamlığa zərər verə bilər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq, professor Tim Spector danışıb.
O qeyd edib ki, portağal şirəsi sağlam içki hesab olunur, ona görə də insanlar onu düşünmədən istehlak edirlər. Lakin bu içki koladan da zərərli ola bilər.
Mütəxəssisin sözlərinə görə, portağal suyunun tərkibində çoxlu miqdarda şəkər var və onun istehlakı qanda qlükozanın sıçrayışına səbəb olur ki, bu da şəkərli diabet və digər xəstəliklərə gətirib çıxarır.