Dietoloq Aleksey Kabanov istidə susuzluğa səbəb ola bilən üç məhsulun adını çəkib.
Lent.az xəbər verir ki, istidə sağlıqla bağlı problemlər varsa, bu, orqanizmdə kifayət qədər suyun olmaması mənasını verə bilər. Bu vəziyyətdə müəyyən qidaları rasiondan müvəqqəti olaraq çıxarmağa dəyər.
Xüsusilə duzla zəngin qidalar susuzluğa səbəb olur.
“Duzlu qoz-fındıq və ya çips yeməkdən çalışıb uzaq durmaq lazımdır. Duz bədəni susuzlaşdıran qidadır. Çox isti havalarda bu amil ölümcül hal da yarada bilər ", - dietoloq xəbərdarlıq edib.
Dietoloqun sözlərinə görə, şəkərli qazlı içkilərdən də imtina etməlisiniz. Onlar daha da susuzluq yaradır və həzm sisteminə zərərlidir. Həmçinin şəkərli içkilərin həddindən artıq istehlakı 2-ci tip diabet və piylənməyə səbəb ola bilər.
Çox isti havalarda qəhvədən az istifadə edilməlidir.
“Bu içki sidikqovucu təsirə malikdir və bədəndən çoxlu maye çıxarır. Çünki qəhvə çox istehlak edilərsə o, ciddi ödemə, böyrək problemlərinə səbəb olacaq və ürək-damar sisteminə əlavə yük yaradacaq ".