Dünyanın əksər ölkələri iqlim böhranı fonunda tibbi fəlakətlərə hazırlaşmağa başlayıb.
Lent.az bildirir ki, “Eko-Biznes”in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı qlobal istiləşmə ilə əlaqədar ciddi sağlamlıq problemləri gözləyir.
Beynəlxalq təşkilatın məlumatına görə, dövlətlərin 90 faizi qlobal istiləşmə ilə mübarizə planlarına sağlamlıq təhlükələrini daxil edib. Ekspertlər qeyd ediblər ki, 2020-ci ildə bu rəqəm daha aşağı olub. O zaman dövlətlərin 70 faizi sağlamlıq riskləri haqqında düşünürdü.
ÜST-nin ictimai səhiyyə və ətraf mühit üzrə rəhbəri Mariya Neyra bildirib ki, iqlim dəyişikliyi qida, su, sığınacaq və təmiz hava daxil olmaqla, əsas parametrləri təhdid edir. Mütəxəssislərin fikrincə, səlahiyyətlilər üçün adekvat şəkildə bunu etmək çətin ola bilər.
"İqlim dəyişikliyi gözlədiyimiz bütün mümkün tibbi fəlakətləri gücləndirir", - o deyib. Neyranın fikrincə, iqlim dəyişikliyinə fərqli yanaşmaq lazımdır.
İqlim planlarına sağlamlıq risklərini daxil edənlərin yalnız 10 faizi bu cür tədbirlərin ictimai sağlamlıq üçün potensial faydalarının təhlilini nəzərə aldığını söyləyib.