İnsan ömrünü 150 ilə qədər uzada  bilən həb yaradıldı
21 noyabr 2025 12:15 (UTC +04:00)

İnsan ömrünü 150 ilə qədər uzada bilən həb yaradıldı

0

İnsan ömrünü 150 ilə qədər uzada bilən dərman yaradılıb.

Lent.az xəbər verir ki, çinli biotexnoloji startap Lonvi Biosciences üzüm çəyirdəyi ekstraktı əsasında hazırlanan eksperimental həbi təqdim edib. Şirkətin iddiasına görə, bu preparat insan ömrünü 150 ilə qədər uzada bilər.

Həbin təsiri nədir?

Şirkət bildirir ki, yeni preparat təkcə yaşlanma proseslərini ləngitmir, həm də xroniki xəstəliklərin inkişaf riskini azalda bilər. Lonvi-nin araşdırmalarına görə, həb belə adlandırılan “zombi hüceyrələr” bölünməni dayandırmış, lakin orqanizmdə iltihab proseslərini davam etdirən qocalmış hüceyrələr üzərində təsir göstərir.

Startapın baş direktoru İp Çju bu preparatı “biologiya elminin Müqəddəs Qədəhi” adlandırıb və maddənin hüceyrə səviyyəsində sağlamlığı yaxşılaşdırdığını bildirib.

Şirkətin texniki direktoru Lyu Çinxua isə New York Times-a açıqlamasında, 150 ilə qədər yaşamaq perspektivinin real olduğunu və bir neçə il ərzində praktik olaraq mümkün ola biləcəyini deyib.

Preparat hansı maddə əsasında hazırlanıb?

Həb prosiandidin C1 (PCC1) adlı molekul əsasında yaradılıb, bu maddə üzüm çəyirdəklərindən alınır. Daha əvvəl aparılan təcrübələr PCC1-in laboratoriya siçanlarında ömür uzunluğunu artırdığı ilə əlaqələndirilirdi.

Lonvinin araşdırmalarının nəticələri göstərir ki, preparat verilən siçanlar orta hesabla 9,4% daha uzun yaşayıb, müalicə doğulduqları gündən başlandıqda siçanların 64,2% daha uzun yaşaması olub.

Çində uzunömürlülük marağı artır

2024-cü ildə Çində orta ömür uzunluğu 79 il təşkil edib ki, bu da dünya ortalamasından xeyli yüksəkdir. Ölkədə uzunömürlülük tədqiqatlarına həm hökumət, həm də özəl sektor tərəfindən maraq sürətlə artır.

Qeyd edək ki, bir neçə onillik əvvəl Çində cavanlaşdırma ilə bağlı cəhdlər yarı-fırıldaqçılıq hesab edilirdi. Lakin indi vəziyyət dəyişib: şanxaylı Time Pie şirkətinin həmtəsisçisi Qan Yu-nun sözlərinə görə, getdikcə daha çox çinli öz həyatını uzatmağa investisiya etməyə həm motivasiya, həm də maddi imkan tapır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar