Hepatit A virusuna necə yoluxmaq olur? - HƏKİM AÇIQLADI
30 yanvar 2024 09:35 (UTC +04:00)

Hepatit A virusuna necə yoluxmaq olur? - HƏKİM AÇIQLADI

"Hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir. O, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir. Hepatit B və C-dən fərqli olaraq, Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Uzun illərdi ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var".

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib. 

Onun sözlərinə görə, yoluxma bəzi gigiyena qaydalarının pozulması nəticəsində yaranır və yayılmasına səbəb olur:

"Hepatit A virusunun əsasən fekal-oral yolu ilə sayəsində ötürülür. Bu zaman şəxs öz fekaliya (nəcis ifrazatı) və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə şəxslə əl kontaktı və ya yoluxan şəxs ətrafda olan ağıza düşə biləcək nəyə toxunubsa (qida, su), digərlərini asanlıqla yoluxdura bilər. Meyvə və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədənin qatı turş mühitinə davamlıdır. Lakin suyu qaynamaqla onu tamamilə məhv etmək olar.

Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər. Digər qan və ya cinsi yoluxma da mümkündür. Lakin bu hallar daha az rast gəlinir və kütləvi yoluxmalara səbəb olmur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4476
avatar

Fidan İlqar

Oxşar yazılar