Endokrinoloq Yekaterina Yanq şişkinliyin əsas səbəbi haqqında danışıb.
Lent.az “Rosbalt”a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu xoşagəlməz simptom çox vaxt bakterial çoxalma sindromunun əlamətidir. Nazik bağırsaqda patogen floranın həddindən artıq artması səbəbindən orqanizm qida maddələrini, yağları və vitaminləri daha pis mənimsəyir və anemiya inkişaf edir.
Bundan əlavə, bu vəziyyətdə xəstənin bağırsaqlarının detoksifikasiya prosesləri pozulur və xroniki iltihab yaranır.