Hacıqabulda AĞIR QƏZA:  1 ölü, 1 yaralı
06 avqust 2026 18:52 (UTC +04:00)

Hacıqabulda AĞIR QƏZA: 1 ölü, 1 yaralı

0

Hacıqabulda yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Həsənov Əli Süleyman oğlunun idarə etdiyi "Nissan" markalı avtomobil idarəetməni itirərək beton arakəsməyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.

Avtomobildə olan sərnişin Salyan rayon sakini, 1961-ci il təvəllüdlü Allahyarov Aydın Əmrah oğlu xəsarət alaraq Şirvan şəhər xəstəxanasına çatdırılsa da onu xilas etmək mümkün ollmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar