Havanın oynaqlara təsiri var? –  AÇIQLAMA 
09 oktyabr 2023 18:30 (UTC +04:00)

Havanın oynaqlara təsiri var? – AÇIQLAMA 

Alimlər havanın oynaqlara təsirini yoxlamaq üçün bir neçə araşdırma aparıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, elm adamları revmatoid artrit, osteoartrit və xroniki bel ağrıları olan xəstələri tədqiq ediblər. Bu xəstələr diz oynağı, bel, boyun, qol, ayaq nahiyəsində ağrı şikayətləri ilə həkimlərə müraciət ediblər. Alimlər isə havanın ağrı və bədən ağrılarına təsir edib-etmədiyini öyrənmək istəyiblər.

Nəticədə, 11 milyon həkim ziyarətindən yalnız 2 milyonunun vəziyyətinin pisləşən hava ilə əlaqəli olduğu aşkarlanıb. Yəni sağlamlıq vəziyyəti ilə hava faktorları arasında heç bir əlaqə qeydə alınmayıb.

Qeyd edilir ki, iqlim faktorlarının oynaqlara həqiqətən təsir etməsi üçün atmosfer təzyiqində çox güclü və qəfil sıçrayış lazımdır. Gündəlik həyatda belə kəsmə mümkün deyil, ona görə də oynaqlara təsir edəcək təbii amil hələ elmə məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4188
avatar

Sevinc Fərid

Oxşar yazılar