"Havanın kəskin dəyişməsi xəstəlikləri artıracaq" - HƏKİM AÇIQLADI
06 sentyabr 2022 19:00 (UTC +04:00)

"Havanın kəskin dəyişməsi xəstəlikləri artıracaq" - HƏKİM AÇIQLADI

Yayın son günlərini yaşayırıq. Ötən gün havanın temperaturunun kəskin dəyişməsi insanlarda xəstəlik qorxusunu yaradıb. Xüsusilə, xəstəliyi olan insanlar bu dəyişkənliyə görə daha çox narahatdırlar. 

Maraqlıdır, havaların kəskin dəyişməsi insan orqanizminə necə təsir edir?

Məsələ ilə bağlı terapevt Mətanət Cəfərova Lent.az-a danışıb.

Onun sözlərinə görə, havaların belə keçməsi xroniki tənəffüs xəstəliklərini kəskinləşdirəcək:

“Havaların bir gün ərzində kəskin soyuması insan orqanizminə mənfi təsir edir. Ümumiyyətlə, temperatur fərqinin 10 mm civə sütununa qədər dəyişməsi insan orqanizminin immun sisteminə bir başa təsiri olur. Orqanizmin müqavimətini zəiflədir. 

Temperaturun qısa müddətdə 10 dərəcəyə qədər düşməsi yuxarı və aşağı tənəffüs yolları sistemi xəstəliklərinin artması, xroniki tənəffüs xəstəliklərin kəskinləşməsinə səbəb olacaq. Eyni zamanda, immun sistemi aşağı düşdüyü üçün mövsümi xəstəliklər artır”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256
avatar

Fidan İlqar

Oxşar yazılar