Hamiləlik zamanı ürəkbulanma və qusma niyə olur? - BUNLARI EDİN
18 sentyabr 2021 17:53 (UTC +04:00)

Hamiləlik zamanı ürəkbulanma və qusma niyə olur? - BUNLARI EDİN

Hamiləliyin ilk 3 ayı bədənin bu vəziyyətə uyğunlaşma prosesi gedir. Gələcək ananın bədənində həm fiziki, həm emosional, həm də hormonal olaraq bir çox dəyişikliklər baş verir.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, bunlara ürəkbulanma və qusma daxildir.

Bu problem hamilə qadınların əksəriyyətində müxtəlif intensivliklərdə müşahidə edilə bilər. Hamiləlik dövründə ifraz olunan hormonlar, ana psixologiyası, tiroid hormon xəstəlikləri, qaraciyər və öd kisəsi xəstəlikləri, mədə xəstəlikləri və irsi faktorlar ürəkbulanma və qusmanın səbəbləridir. Ürəkbulanma əkiz hamiləliklərdə daha ağır ola bilər.

Bulantı 6-cı həftədən sonra başlayır və 12-ci həftədən sonra azalmağa doğru gedir. Tez -tez quru və bir az duzlu qidalar qəbul etmək, az su içmək, səhər yataqdan qalxmadan çörək və kreker kimi duzlu yemək, uzun müddət ac qalmamaq və yemək qoxusu olan yerlərdən uzaq durmaq bu vəziyyəti yüngülləşdirir. Əgər qusma həddindən artıq artarsa, dərman və serum dəstəyi tələb olunur. Daha ağır hallarda xəstəxanaya yerləşdirmə tələb oluna bilər. Qarındakı köp və qəbizliyi azaltmaq üçün lifli qidalardan və bitki çaylarından istifadə edə bilərsiniz.

Unutmayın, probleminizi mütləq hamiləliyi izləyən həkiminizə bildirməli və onun məsləhətlərinə əməl etməlisiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4755
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar