Hamilələrə XƏBƏRDARLIQ: 1 stəkan şərab uşağın...
27 dekabr 2022 12:16 (UTC +04:00)

Hamilələrə XƏBƏRDARLIQ: 1 stəkan şərab uşağın...

Bir stəkan şərab hamilə qadınlar üçün təhlükəlidir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mama-ginekoloq Nina Antipova alkoqolun hamilə qadınlarda gözlənilməz spazmlara səbəb ola biləcəyini deyib.

Həkim, konsepsiya zamanı və hamiləlik dövründə hansı dozada spirtin döl üçün təhlükəsiz olduğuna dair heç bir araşdırma aparılmadığını qeyd edib:

“Ona görə də həkimlər spirtli içkilərdən uzaq durmağı tövsiyə edirlər. Alkoqol damar tonuna təsir edir və gözlənilməz spazma səbəb ola bilər".

Onun sözlərinə görə, alkoqolun təsiri ilə uşaqlıq yolunun oksigen və qida ilə təminatı pisləşir ki, bu da dölün inkişafının ləngiməsinə, əsəb sistemində, beyində pozulmalara səbəb olur və uşaqlıqdan düşmə riski artır:

"Hamiləliyi planlaşdırarkən, konsepsiyadan ən azı üç ay əvvəl spirt və digər pis vərdişlərdən imtina etmək məsləhət görülür. Alkoqol istifadəsi hamiləliyin ən erkən mərhələsində belə dölün inkişafının pozulmasına səbəb ola bilər. Bu zaman döl artıq uşaqlıq boşluğunda yerləşir və qidaları ananın qanı ilə alır”, - deyə Antipova xəbərdarlıq edərək, bu dövrdə spirtli içki qəbulunun dölün rədd edilməsinə və ölümünə səbəb ola biləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1389
avatar

Fidan İlqar

Oxşar yazılar