Gündüz yuxusunu sevənlər piylənmə riski altındadır
21 iyun 2023 06:42 (UTC +04:00)

Gündüz yuxusunu sevənlər piylənmə riski altındadır

Gün ərzində 30 dəqiqədən çox yatmaq sağlamlıq problemlərinə səbəb ola bilər.

Lent.az-ən “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Obesity” jurnalında dərc olunan araşdırmada deyilir.

Mütəxəssislər 18-65 yaş arası 3000-dən çox ispaniyalının məlumatlarını təhlil ediblər.

Nəticələr göstərdi ki, gün ərzində 30 dəqiqədən çox yatan insanların bədən kütləsi indeksi yatmayanlara və ya yarım saatdan az yatanlara nisbətən 2% yüksəkdir.

Eyni zamanda, axşam yeməyindən sonra uzun yuxuya üstünlük verən iştirakçılarda piylənmə riski 23%, metabolik sindrom riski isə 40% artıb.

Mütəxəssislər bunun gündüz yuxusu zamanı narahat bir duruş, həmçinin gecə yuxusunun pisləşməsi və pəhrizin dəyişməsi ilə bağlı ola biləcəyini istisna etmirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470

Oxşar yazılar