Gündə neçə diş sarımsaq yemək təhlükəsizdir?
06 mart 2026 10:43 (UTC +04:00)

Gündə neçə diş sarımsaq yemək təhlükəsizdir?

0

Sarımsaq sağlamlığı qorumaq üçün ən məşhur təbii məhsullardan biridir. Lakin ondan maksimum fayda əldə etmək üçün gündəlik normanı aşmamaq vacibdir.

Lent.az sarımsaqla bağlı maraqlı faktları təqdim edir:

Sarımsağın sağlamlıq üçün faydaları

Sarımsaq qədim dövrlərdən sağlamlığı yaxşılaşdırmaq üçün istifadə olunur. Onun əsas faydaları arasında qanda xolesterinin səviyyəsini azaltmaq, qan təzyiqini aşağı salmaq, immun sistemini gücləndirmək və hətta bəzi xərçəng növlərinin qarşısını almaq kimi təsirlər qeyd olunur. Faydalı xüsusiyyətlərinə görə sarımsaq bəzən qida əlavəsi kimi də satılır. Onu yemək əvəzinə tablet və ya kapsul formasında qəbul etmək mümkündür. Bir çox insan sarımsağı ağız və bədəndə xoşagəlməz qoxu yaratdığı üçün sevmir. Bundan əlavə, həddindən artıq sarımsaq istehlakı köp, qarın ağrısı və ürəkbulanma yarada bilər.

Sarımsağın əsas faydalı komponenti allisindir. Bu maddə yüksək temperaturda parçalanır. Buna görə də maksimum fayda əldə etmək üçün sarımsağı çiy halda yemək və ya 60 dərəcədən aşağı temperaturda bişirmək tövsiyə olunur. Qan durulaşdırıcı dərmanlar qəbul edən insanlar üçün çox sarımsaq yemək qanaxma riskini artıra bilər.

Gündəlik sarımsaq norması

Gündə neçə diş sarımsağın artıq hesab olunacağı ilə bağlı dəqiq tövsiyə yoxdur.

Ümumilikdə aşağıdakı miqdar təhlükəsiz sayılır:

çiy sarımsaq adətən gündə 1-2 diş təhlükəsiz hesab olunur. Daha çox (3–5 diş) qəbul edildikdə ürək yanması, köp, ağız qoxusu və mədə qıcıqlanması yarana bilər

bişmiş və ya qovrulmuş sarımsaq mədə üçün daha yüngül sayılır, buna görə yeməkdən asılı olaraq gündə 2–4 diş yemək mümkündür

Ehtiyat tələb olunan hallar

mədə problemləri (qastrit, xora), qaraciyər xəstəlikləri və ya qanaxmaya meyillilik olduqda çox sarımsaq yemək riskli ola bilər

cərrahi əməliyyatlardan əvvəl və ya qan durulaşdırıcı dərmanlar (məsələn, varfarin) qəbul edilərkən sarımsağın miqdarını azaltmaq və ya həkimlə məsləhətləşmək tövsiyə olunur
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar