Gül qurusu hansı xəstəliklərə FAYDALIDIR?
21 yanvar 2023 11:16 (UTC +04:00)

Gül qurusu hansı xəstəliklərə FAYDALIDIR?

Qızılgül həm kosmetologiyada, həm farmokologiyada, həm də əlamətdar günlərdə ən çox istifadə olunan bitkidir. Ondan mürəbbə, gül suyu, şərbət, çay hazırlanır. Tarix boyu qızılgül müalicəvi xarakter daşıyıb. Bəs o, hansı xəstəliklərə faydalıdır?

Lent.az qızılgül suyunun faydaları barədə məlumatları sizə təqdim edir.

İshalı aradan qaldırır, bağırsaqları rahatlaşdırır, soyuqlayan zaman şişən badamcıqları sağaldır, ağız qoxusunun qarşısını alır, dərini təmizləyir, nəmləndirir və canlandırır. Sinirləri sakitləşdirir, depressiyaya qalib gəlməyə kömək edir, antiseptik özəlliyi sayəsində sağlamlığı qoruyur. Həmçinin ürəyi rahatlaşdırır və ciyərin yaxşı işləməsinə kömək edir, mensturasiya sancılarının azalmasına yardımçı olur, sidik yolundakı infeksiyaları təmizləyir. Qan şəkərini tənzimləməkdə və yaraların təmizlənməsində əla vasitədir.

Bundan başqa, gül çayı digər çay növləri kimi sudan hazırlandığı üçün insanın su ehtiyacını qarşılayır. Gül suyu metabolizmanı gücləndirir, arıqlamağa kömək edir. Bədəndən toksinləri atır, stresi azaldır deyə, depressiyanın da qarşısını 90 faiz almış olur.

Gül çayını necə dəmləməli?

Bir ovuc qurudulmuş gül ləçəklərini çaydanın içinə atın. Daha sonra 3 stəkan suyu üzərinə əlavə edin. Beş dəqiqə qaynadın və çayı süzgəcdən keçirib stəkana süzün. İstəsəniz, içinə bal da əlavə edə bilərsiniz. Gül suyunu soyuq halda için.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3987
avatar

Nigar Namiq

Oxşar yazılar