Gözlərinizə diqqətlə baxın:  Ölüm riskini görə biləcəksiniz
23 yanvar 2022 19:46 (UTC +04:00)

Gözlərinizə diqqətlə baxın: Ölüm riskini görə biləcəksiniz

Çin alimləri gözlərdə ölüm riskini təyin etməyi öyrəniblər.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, Çin Tibb Elmləri Akademiyasının Quandun əyalətindən olan alimi Çjoutin Çju və onun həmkarlarının araşdırmasının nəticələri açıqlanıb.
 
Qeyd olunur ki, tor qişanın bioloji yaşı ilə insanın real yaşı arasındakı fərq ölüm riskinin artmasına işarədir. Alimlərin fikrincə, kiçik damarlar şəbəkəsinin vəziyyəti qan dövranı sisteminin və beynin ümumi vəziyyətinin etibarlı göstəricisi ola bilər.
 
Mütəxəssislər maşın öyrənmə alqoritmlərindən istifadə edərək, insanın gözlərinin vəziyyətindən onun yaşını proqnozlaşdırmağa çalışıblar.
Məlumat bazası əvvəllər Böyük Britaniyada aparılan tədqiqat zamanı yaşı 40-69 arasında olan 46,969 könüllüdən əldə edilmiş 80,169 goz dibinin şəklinə əsaslanır.

Məlum olub ki, alqoritm insanın yaşını orta dəqiqliklə üç ilə qədər müəyyən etməyə qadirdir. Alimlər həmçinin qeyd ediblər ki, tor qişanın bioloji yaşı ilə real yaş arasındakı fərq assosiasiya olunub.

Yaş fərqi 3, 5 və 10 ildən çox olan tədqiqat iştirakçılarının nisbəti müvafiq olaraq 51, 28 və 4,5 faiz təşkil edib.

Tədqiqatçıların fikrincə, böyük yaş fərqi ölüm riskini təxminən 50 faiz artırır və hər il isə bu fərq riski 2-3 faiz artır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Oxşar yazılar