Genetik xəstəliklər və son illərdə televizor, telefon kimi elektron əşyaların qarşısında uzun müddət olmaq göz xəstəliklərini artıran əsas səbəblərdir.
Lent.az xəbər verir ki, göz sağlamlığını qorumağın ən vacib yollarından biri düzgün qidalanmadır.
Həkimlər göz sağlamlığına yaxşı gələcək 12 qidanın adını açıqlayıblar. Bildirilir ki, brokoli, qızılbalıq, yerkökü, toxum, kivi, ispanaq, yumurta, badam, qatıq, portağal, çiyələk və göbələk kimi qidalar göz sağlamlığı üçün çox faydalıdırlar.
İndol-3-karbinol, omeqa-3 yağ turşuları, A və E vitaminləri ilə zəngin olan bu qidalar həm xəstəliklərdən qoruyur, həm də xəstəliklərin sağalmasına kömək edir.