Adi məişət əşyalarından istifadə edərək təhlükəli bir infeksiyaya yoluxa bilərsiniz.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu ginekoloq Yuliya Frantskeviç deyib.
“HİV, hepatit B və C virusları qeyri-steril manikür ləvazimatlarından istifadə etməklə ötürülə bilər”, - həkim qeyd edib.
Onun sözlərinə görə, herpes simplexinə yoluxma infeksiyanın kəskin formada daşıyıcısı olan şəxslə öpüşdükdən sonra və ya belə daşıyıcının əvvəllər istifadə etdiyi dəsmaldan istifadə etdikdən sonra baş verə bilər.
Eyni zamanda, məişət əşyaları vasitəsilə, yoluxmuş şəxsin gigiyena vasitələrindən - dəsmaldan, diş fırçasından, ülgücdən istifadə etməklə sifilis xəstəliyinə yoluxmaq da mümkündür. Siz həmçinin bu yolla hepatit B və trixomoniaz ilə yoluxa bilərsiniz.