Ginekoloq 13 yaşlı anadan DANIŞDI   - Xərçəng   riski yüksəkdir...
07 sentyabr 2022 18:20 (UTC +04:00)

Ginekoloq 13 yaşlı anadan DANIŞDI - Xərçəng riski yüksəkdir...

Bu gün ölkədə 13 yaşlı qızın təcavüz nəticəsində ana olması xəbəri gündəm oldu. Hazırda baş vermiş faciə araşdırılır. Amma ən narahatedici suallardan biri də budur ki, 13 yaşında çox ağrılı vəziyətdə uşaq doğan, sonra qanaxması olan yeniyetmənin səhhəti nə qədər təhlükə altına düşdü?

Mütəxəssislər deyir ki, ana olmaq üçün ən ideal yaş, insanın emosional yetkinliyə çatdığı yaşdır. Ən əhəmiyyətlisi isə ana olmaq üçün qadının orqanizminin hazır olmasıdır. 

Bəs, 13 yaşlı qızın orqanizmi hazır idimi? Özü uşaq olduğu halda bətnində körpə daşıması onun üçün hansı xəstəliklərdən xəbər verir?

Məsələ ilə bağlı Lent.az-a danışan ginekoloq Təranə Həsənova deyir ki, erkən ana olanlarda xərçəng xəstəliyi riski yüksəkdir:

“Bundan öncə İmişlidə 11 yaşlı qız ana olmuşdu. Bu hal Azərbaycanda ilk deyil. Azərbaycanda nikah yaşını 18 olması boş yerə deyil. Bunun səbəbi həmin yaşda qadın orqanizmi yetişib, kamilləşir. 13 yaşla 18 yaş arasında 5 il fərq var. 13 yaşlı qız üçün bu hamiləlik çox böyük yükdür. 

Mən hər zaman bətnində uşaq olan qadınlarda xərçəng xəstəliyi barədə statistikalara baxıram. Kimlərdə yarana bilər, kimlər daha çox məruz qalır. Xərçəng xəstəliyi statistikasının başında erkən ərə getmələr durur. Bundan başqa, hamiləlik müddətində, doğum zamanında ölüm riski çoxdur”. 

Ginekoloqun sözlərinə görə, doğulan körpədə qüsurların olmaq ehtimalı çoxdur:

“Eyni zamanda, ananın yaşının az olması övladın da sağlamlığına zərər göstərir. Birincisi, qızın yaşı az olduğu üçün hamiləlik barədə bir fikri yoxdur ki, nə etməlidir. Hər şey burdan çox ciddi başlayır. Ən önəmli məsələ yetişməmiş bədəndir. Özünü tanımamış bədəndən yaranan uşaq necə ola bilər? Əlbəttə ki, istənilən bir qüsur ola bilər o uşaqda. Tək doğulanda yox, o uşağın sonrakı həyatı da var. 13 yaşında qız uşaqdır. O, bətnində necə uşaq daşıya bilər. Təbii ki, onun orqanizminə bu yaşda hamilə qalmaq, uşaq dünyaya gətirmək ziyandı. Həmin körpənin də gələcəkdə psixoloji problemləri olacaq”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4992
avatar

Fidan İlqar

Oxşar yazılar