Alimlər müəyyən ediblər ki, gecə saatlarında baş verən ürək dayanması nəticəsində qadınlar daha çox ölür.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qadınların ürək tutmasından gecə ölümlərinə meylliliyi ABŞ-ın “Cedars-Sinay” tibb mərkəzinin alimləri aşkar ediblər.
Tədqiqatçılar qəfil ürək dayanması ilə bağlı 4000-dən çox ölümlə bağlı məlumatları təhlil ediblər. Qadınların 25,4 faizinin, kişilərin isə 20,6 faizinin gecə öldükləri müəyyən edilib..
Nə üçün zərif cinsin gecələr ürək tutmasından ölmə ehtimalı daha yüksəkdir - ekspertlər bunun niyə baş verdiyini dəqiq deyə bilmirlər. Bir versiyaya görə, "bu, nəfəs alma xüsusiyyətlərinə görə ola bilər", lakin bunun üçün heç bir elmi əsaslandırma yoxdur. Halbuki alimlər artıq bu məsələ ilə məşğul olmağa başlayıblar.
Bundan əlavə, tədqiqat göstərib ki, ağciyər xəstəlikləri olan, həmçinin antidepresantlar, analqetiklər və sakitləşdiricilər kateqoriyasından dərmanlar qəbul edən insanlarda ürək dayanması riski daha yüksəkdir.