Əhval-ruhiyyəni yaxşılaşdıran və pisləşdirən QİDALAR
14 oktyabr 2023 14:28 (UTC +04:00)

Əhval-ruhiyyəni yaxşılaşdıran və pisləşdirən QİDALAR

Uzun illərdir ki, qidalanma ilə müxtəlif xəstəliklər arasında əlaqə sübut olunub. Ancaq yediklərimiz təkcə sağlamlığa deyil, həm də bizim emosional fonumuza, yəni əhvalımıza da təsir edir.

Lent.az “lhealth.info”a istinadən bildirir ki, “fast food” kimi məhsullarda çoxlu trans yağlar var və bu da orqanizmdə xroniki iltihablı reaksiyalara səbəb olur. 

Alimlər ət kimi məhsulların isə bizi cansıxıcılıqdan xilas edə biləcəyini deyib. Məsələn, orta əsrlərdə potensial enerjini artırmaq üçün quş əti və nar yeyilirdi. Əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün isə heyva, mal əti və xurmadan istifadə edilirdi.

Bildirilir ki, “fast food” məhsullarında bədəndə xroniki iltihablı reaksiyalara səbəb olan, fizioloji pozğunluqlarla yanaşı, apatiya, yorğunluq, əsəbiliyə səbəb olan və mövcud depressiv pozğunluğun simptomlarını ağırlaşdıra bilən çoxlu trans yağlar var. 

Az ət yeyənlər də oxşar simptomlardan əziyyət çəkirlər. Fakt budur ki, ətdə daha çox miqdarda olan əsas amin turşusu triptofan sayəsində əhval-ruhiyyə yaxşılaşır. Bədənin "xoşbəxtlik hormonu" serotonini sintez etməsi üçün triptofan mütləq lazımdır.

Alimlər balıq, ət, taxıl, təzə tərəvəz və zeytun yağı ilə zəngin olan qidaları məsləhət görürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Sevinc Fərid

Oxşar yazılar