Yeməklərə əlavə etdiyimiz ədviyyatlar təkcə onlara dad vermir, həm də sağlamlığımıza təsir edir. Elə ədviyyatlar var ki, onlar çəki artımına və orqanizmdə iltihaba səbəb olur. Belə ədviyyatlardan biri də duzdur. Duz mətbəxin əsas elementidir və bir çox yeməkləri onsuz düşünmək olmur. Ancaq duzun normadan artıq qəbulu bir sıra təhlükələrə yol aça bilər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq duz çəkini müvəqqəti artıraraq bədəndəki mayenin azalmasına şərait yaradır. O, həmçinin müxtəlif sağlamlıq problemlərinə səbəb olan xroniki iltihaba da səbəb ola bilər.
Duzun tərkibindəki yüksək natrium bədənin elektrolit balansını pozaraq şişkinliyə səbəb olur. Bu da xüsusilə, qarın və ətraflarda maye miqdarının aşağıya enməsinə gətirib çıxarır. Belə vəziyyət qan təzyiqinizi artırır və ürək-damar sağlamlığına zərər verir.
Duzlu eləcə də tez-tez kalorisi yüksək olan işlənmiş və “fast food”lar, müntəzəm olaraq istehlak edilməsi məsləhət deyil.
Qısası, duzdan ölçülü istifadə etmək tövsiyə edilir.