Dünyada İLK : QİÇS-dən qurtuldu
17 mart 2022 10:18 (UTC +04:00)

Dünyada İLK: QİÇS-dən qurtuldu

Müalicə aldıqdan sonra ilk dəfə bir qadın QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan İİV virusundan (İnsan İmmun Çatışmazlığı Virusu) sağalıb.

Lent.az BBC-yə istinadən bildirir ki, amerikalı bu xəstə qadına QİÇS-ə səbəb olan HİV virusuna təbii müqaviməti olan birindən kök hüceyrə nəql edilib. Leykozdan 14 aydır müalicə olunan qadın yaxınlarda İİV-dən də qurtulub. Xəstənin HİV-dən sağalmış üçüncü şəxs və ilk qadın olduğu bildirilir.

Bununla belə, ekspertlər göbək qanı ilə transplantasiya metodunun HİV-ə yoluxmuş insanların əksəriyyəti üçün uyğun ola bilməyəcək qədər riskli olduğunu da vurğulayırlar.

Yoluxmuş xəstənin nümunəsi Denverdə keçirilən tibbi konfransda təqdim edilib və bu metodun HİV-in funksional müalicəsi kimi ilk dəfə istifadə olunduğu bildirilib.

Xəstəyə xərçəng müalicəsinin bir hissəsi olaraq göbək qanı köçürülüb və o vaxtdan bəri HİV müalicəsi üçün lazım olan antiretrovirus dərmanları qəbul etməyə ehtiyac qalmayıb.

Bu hadisə ABŞ-da xərçəng və ciddi xəstəliklərin müalicəsi üçün eyni növ qanköçürmə almış İİV-ə yoluxmuş insanlar üzərində aparılan genişmiqyaslı tədqiqatın bir hissəsidir.

Alimlər hesab edir ki, bu transplantasiya edilənlərin immun sistemində HİV-ə qarşı müqavimət yarana bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3105
avatar

Oxşar yazılar