Müayinəyə gələn hamilə   xəstəxanada öldü
21 avqust 2025 11:42 (UTC +04:00)

Müayinəyə gələn hamilə xəstəxanada öldü

Naxçıvan şəhərində müayinəyə gələn hamilə Perinatal Mərkəzdə vəfat edib.

Lent.az xəbər verir ki, 26 yaşlı Teymurova Aysel Taleh qızı Naxçıvan Perinatal Mərkəzinə müayinə üçün gəlib.

Hamilə qadının anidən halı pisləşib. Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı qadını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar