Döş xərçəngi ilə mübarizədə yeni kəşf
26 iyul 2023 08:06 (UTC +04:00)

Döş xərçəngi ilə mübarizədə yeni kəşf

Liverpul Universitetindən bir qrup araşdırmaçı döş xərçəngi xəstəliyini törədən hüceyrələri məhv etmək potensialına malik tibbi birləşmə yaradıblar.

Lent.az “ScienceDaily” saytına istinadən xəbər verir ki, Liverpul Universitetinin kimyaçı və bioloqlarının, həmçinin Çinin Nanjing Tibb Məktəbinin birgə tədqiqatlarına əsasən, döş xərçəngi xəstəliyindən əziyyət çəkən bir qrup heyvanın müalicəsi zamanı xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının qarşısını almaq mümkün olub. Bundan öncə də xəstəliyə səbəb olan şişi cərrahi əməliyyatla götürmək mümkün idi, lakin ondan əmələ gələn xərçəng hüceyrələrinin orqanizmə yayılmasının qarşısını almaq mümkün deyildi.

Liverpul Universitetinin professoru həkim Gemma Nixon qeyd edir ki, növbəti mərhələdə onlar eyni təcrübəni daha böyük heyvan qrupu ilə digər xərçəng növləri üzərində davam etdirmək niyyətindədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1839
avatar

Oxşar yazılar