Dörd həftədə  koronavirusdan ölüm   47 faiz azalıb – RƏSMİ
09 iyun 2023 12:53 (UTC +04:00)

Dörd həftədə koronavirusdan ölüm 47 faiz azalıb – RƏSMİ

Mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 10,4 mindən çox insan dünyasını dəyişib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 47, infeksiyaya yoluxanların sayı 38 faiz azalıb.

ÜST-nin məlumat bülleteninə əsasən, dörd həftə ərzində dünyada 1 720 356 yoluxma halı və 10 463 ölüm halı qeydə alınıb.

İyunun 7-nə ÜST-nin saytında dərc olunan məlumata görə, dünyada ümumilikdə 767 750 853 koronavirusa yoluxma halı qeydə alınıb, 6 941 095 nəfər ölüb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, ölənlərin real sayı ən azı 20 milyondur.


 

# 1416
avatar

Oxşar yazılar