Amerikalı bloqer Cessika Burkonun başına iş gəlib.
Lent.az-ın xəbərinə görə, molyonlarla izləyicisi olan yutuber dodağını böyütmək üçün həkimə müraciət edib.
Lakin səhəri gün yuxudan oyandıqda o, gözlərinə inanmayıb. Gənc qadının üzü tanınmaz hala düşüb.
O, türşu tərkibli dolqunu çıxarmaq üçün yenidən həkimə müraciət edib. Cessika bildirib ki, bu vəziyyətdə nəfəs almaq çətindir.