Dırnaqların kövrəkləşməsinin ƏSAS SƏBƏBİ
09 may 2023 09:35 (UTC +04:00)

Dırnaqların kövrəkləşməsinin ƏSAS SƏBƏBİ

Həkim dırnaqların kövrəkləşməsinin əsas səbəblərini sadalayıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kövrək dırnaqların əsas səbəbləri haqqında genetik Svetlana Peres danışıb.

Onun sözlərinə görə, dırnaqların vəziyyəti insan sağlamlığının göstəricilərindən biridir.

“Çox vaxt kövrək dırnaqların olması qida çatışmazlığı problemidir. Təbii ki, xarici mühitin təsirindən də danışmalıyıq - ekologiya, kimyəvi maddələrin, dırnaq boyasının istifadəsi. Bizim qidalanmamızdan çox şey asılıdır”, - deyə həkim izah edib.

Tez-tez dəmir çatışmazlığı dırnaq diblərinin incəlməsinə və böyüməsinin yavaşlamasına səbəb olur. Bundan əlavə, dırnaqlar A, B6, B12 və C vitaminləri, biotin, eləcə də digər mikroelementlər və amin turşularının çatışmazlığı səbəbindən qırıla bilər.

Həkim kövrək dırnaqların səbəblərindən birini tez-tez əl yuma ilə təhrik edilə bilən susuzlaşdırma ilə əlaqələndirib: "İsti su ilə təkrar təmas, isti hava və ya soyuq mənbələrə məruz qalma da dırnaqların kövrəkləşməsinə səbəb olur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Fidan İlqar

Oxşar yazılar