Dietoloqlar suyun içilə biləcək ən yaxşı VAXTINI AÇIQLADILAR
06 aprel 2023 14:15 (UTC +04:00)

Dietoloqlar suyun içilə biləcək ən yaxşı VAXTINI AÇIQLADILAR

Su insan orqanizminin son dərəcə vacib tərkib hissəsidir və onun çatışmazlığı hüceyrələrdə suyun yığılmasına və nəticədə ödəmin yaranmasına səbəb ola bilər. Ancaq içməli suyu həmişə və hər zaman qəbul etmək uyğun deyil.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yatmadan əvvəl su içmək xüsusilə arzuolunmazdır.

Yuxu kimi su da çəki nəzarətində mühüm rol oynayır. Alimlər tərəfindən tövsiyə olunan 7-8 saat yuxu müddəti vacibdir. Ətraf Mühitin Sağlamlığı Perspektivləri hesabatında qeyd olunur ki, yuxu çatışmazlığı piylənmə, hipertoniya və digər metabolik xəstəliklərlə əlaqələndirilir.

Dietoloq Erin Palinsk-Vade sadə bir həll yolu tapıb. O bildirib ki, yatmazdan üç saat əvvəl su qəbulunu azaltmaq lazımdır. Bu müddət ərzində bədən artıq mayeni emal etməyə vaxt tapacaq ki, bu da rahat və dərin yuxu təmin edəcək.

Lakin bu o demək deyil ki, ümumiyyətlə su istehlakını məhdudlaşdırmaq lazımdır. Digər dietoloq Cim Vayt gündə 8 standart stəkan su içməyi tövsiyə edib. Kifayət qədər miqdarda maye maddələr mübadiləsini sürətləndirir, toksinləri aktiv şəkildə çıxarır və yüksək enerji səviyyəsini saxlayır.

İlk stəkan suya gəlincə, onu yuxudan oyanan kimi dərhal içmək daha yaxşıdır. Bu həm də bədənin özünü tonlamasına kömək edəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875
avatar

Fidan İlqar

Oxşar yazılar