Dəniz qumunun faydaları:  Ələt və Pirşağıda...
10 iyul 2021 18:35 (UTC +04:00)

Dəniz qumunun faydaları: Ələt və Pirşağıda...

“Əgər insanlar bilsələr ki, Xəzər dənizinin qumunun nə qədər faydaları var, xarici ölkələrə üz tutmazlar”.

Lent.az xəbər verir ki, bu sözləri həkim-fitoterapevt Fizuli Hüseynov öz məqaləsində qeyd edib. O dəniz qumunun faydalarından bəhs edən məqaləsində bildirib ki, Xəzər dənizinin qumu olduqca faydalıdır. Həmin məqaləni təqdim edirik. 

Xəzər dənizinin qumu qızılı-qırmızı kvars qumundan ibarətdir. Bu nə deməkdir? Biz Xəzər qumu ilə qonşu Rusiya, Gürcüstan və Türkiyənin dəniz sahillərindəki qumu müqayisə etsək, görərik ki, Xəzər dənizinin sahilindəki qum dənələri çox kiçik ölçüdə olub güclü hiqroskopik xüsusiyyətə, yəni suyu hopdurmaq  qabiliyyətinə malikdir. Kvars qumu dəri ilə demək olar tam təmasa girir, dərinin bütün səthini örtür, özünün yığdığı günəş enerjisini çox asanlıqla bədənimizin daxilinə ötürür, dərialtı mübadiləni sürətləndirir, dərialtı kapilyar damarları genişləndirir, bununla da bütün iltihabi xəstəliklərin (revmatizm, artritlər, nevritlər və.s.) sağalmasına səbəb olur, limfa damarındakı durğunluğu, miozitləri (tez-tez qulunc olma) aradan qaldırır, sonra isə özünün hiqroskopik xüsusiyyəti sayəsində bizim bədənimizi tərləməyə məcbur edir. Bədənimizin artıq tullantılarını özünə hopdurur. Siz bu xüsusiyyətləri Xəzər qumundan başqa heç bir dənizin qumunda tapa bilməzsiniz. Xəzər dənizinin qumunu əlinizə alın, islaq vəziyyətdə üzünüzə, qolunuza, ayaqlarınıza çoxlu sürtün, həm dəriniz canlanacaq, həm də hamarlanacaq, yəni təbii şəkildə pillinq olunacaq, bu üsul sellülitin müalicəsi üçün də əla vasitədir. Bu da yalnız Xəzər qumuna aid xüsusiyyətdir. Əminəm ki, növbəti yayı sağlamlıq naminə Xəzər sahillərində keçirərsiniz.

Səhər saat 12-yə qədər və axşam saat 6-dan sonra dəniz qırağında gəzməyə adət edin. Uşaqlarınızı da tez-tez aparmağa çalışın, dəniz qırağının havası ilə şəhərin havası arasında çox fərqlər var. Dəniz havası oksigen, maqnezium, yod, brom, natrium, kalium, kalsium və s. ilə olduqca zəngindir. Dərindən nəfəs alan zaman bunlar bizim ağciyərlərimizə daxil olur, oksidləşmə-reduksiya prosesini sürətləndirir (ona görə dəniz qırağında adam tez acır) və orqanizmin həyat qabiliyyətini artırır. Xəzərin həm havası, həm də qumu D vitamininə olan tələbatı təmin edir ki, bu da raxit xəstəliyinin qarşısını almaq üçün ən yaxşı vasitədir. Ələt və Pirşağıda qırmızı kitaba düşmüş qırmızı kvars qum var ki, bu qum sağlamlıq üçün daha faydalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3522
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar