Çox yatmağın təhlükələri açıqlandı
21 iyul 2023 09:32 (UTC +04:00)

Çox yatmağın təhlükələri açıqlandı

Həkimlər çox yatmağın təhlükələri barədə xəbərdarlıq ediblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, yuxusuzluğun sağlamlığa mənfi təsir göstərir. Ancaq indi məlum olub ki, 9 saatdan çox yatmaq da orqanizmə zərər verən vərdişlər arasındadır.

Yuxunun ideal müddəti yeddi-səkkiz saat arasında dəyişir. Az yatmaq sağlamlıq və rifah üçün təhlükəlidir. Amma çox yatmaq da (ard-arda 9 saatdan çox) piylənməyə, ürək problemlərinə və erkən ölümə səbəb ola bilər.

Həkimlər altı il ərzində yatanları izləyiblər və belə qənaətə gəliblər ki, gündə 9 saatdan çox yatanlarda 7-8 saat yatanlarla müqayisədə piylənmə 21% daha tez inkişaf edir. Eyni zamanda, alimlər təcrübə iştirakçılarının pəhriz və aktiv idmanla bağlı dəyişikliklərdən sonra belə arıqlamadıqlarını müşahidə ediblər. Mütəxəssislər öz fərziyyələrini təsdiqləmək üçün 72 000 qadının iştirak etdiyi başqa bir araşdırma aparıblar. Məlum olub ki, bir gecədə 11 saata qədər yatmış iştirakçılarda 8 saat yatanlarla müqayisədə ürək-damar xəstəliklərinə tutulma ehtimalı 38% daha çox olub.

Bildirilir ki, orqanizmin istirahəti üçün gündə 7-8 saat vaxt kifayətdir. Ancaq səhər oyanma ilə bağlı problemlər varsa, səbəblər yorğunluqda olmaya bilər. Xüsusilə stress, narahatlıq və ya depressiya buna səbəb ola bilər. Bu vəziyyətdə həkimə müraciət etmək məsləhətdir.

Alimlər həmçinin əlavə ediblər ki, işemik ürək xəstəliyi oturaq həyat tərzinə görə də yarana bilər. Bundan əlavə, piylənmə tez-tez metabolik pozğunluqlarla müşayiət olunur və diabet, xərçəng, insult və bir çox başqa xəstəliklərə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1920
avatar

Sevinc Fərid

Oxşar yazılar