COVID-19-un yeni yüksək yoluxucu ştammı bütün dünyada sürət qazanır, artıq Çində xəstəxanaya yerləşdirilmələrin artmasına səbəb olub və ABŞ-da qeydə alınmağa başlayıb.
Lent.az bildirir ki, bu barədə ABŞ Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzlərinin (CDC) məlumatlarına istinadən “New York Post” qəzeti yazıb.
Qeyd olunur ki, koronavirusun NB.1.8.1 kimi tanınan bu variantı ilk dəfə ABŞ-da 2025-ci ilin mart və aprel aylarında beynəlxalq səyahətçilər arasında aşkar edilib.
Hazırda ABŞ-da qeydə alınan halların sayı az olaraq qalır və bu, virusun yayılmasını düzgün izləməyi çətinləşdirir. Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, yeni ştamın Çində sürətlə yayılması onun əvvəlki dominant variantlardan daha asan ötürüldüyünü açıq şəkildə göstərir. Xüsusilə, NB.1.8.1 Çində aparıcı ştama çevrilib və Asiya ölkələrində hallar getdikcə daha çox qeydə alınır. Məsələn, Honq-Konqda son bir ayda 81 ağır xəstəlik, o cümlədən 30 ölüm halı qeydə alınıb. Əksər hallarda 65 yaşdan yuxarı insanlar təsirlənir.
Çində COVID-19 səbəbiylə tibbi xidmətə müraciət edən xəstələrin nisbəti bir ayda 7,5 faizdən 16 faizdən çox artıb.
Case Western Reserve Universiteti Tibb Fakültəsinin pediatriya professoru Dr. Amy Edwards CBS News-a deyib:
"Biz Çin, Honq-Konq və bu variantın yayıldığı digər ərazilərdə xəstəxanaya yerləşdirilmələrin əhəmiyyətli dərəcədə artdığını görürük", - Keys Qərb Rezerv Universiteti Tibb fakültəsinin Pediatriya professoru Emi Edvards “CBS News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, NB.1.8.1 əvvəlki ştammlara oxşar əlamətlərə - öskürək, boğaz ağrısı, qızdırma və yorğunluğa səbəb olur, lakin daha çox ötürülür.
Nevada Universitetinin mikrobiologiya və immunologiya professoru Subhaş Verma əlavə edib ki, yeni ştamın digərlərinə nisbətən daha asan yayılma ehtimalı var.
Öz növbəsində, Honq-Konq Sağlamlıq Mərkəzinin direktoru Edvin Tsuy virusun bu variantını qiymətləndirməmək lazım olduğunu vurğulayıb. Onun sözlərinə görə, o, yəqin ki, mutasiyaya uğrayıb və mövcud COVID-19 vaksinlərinin təmin etdiyi immun müdafiədən qismən qaça bilər.