COVID-19-la mübarizəni asanlaşdıran  spirtli içki
17 iyul 2023 17:41 (UTC +04:00)

COVID-19-la mübarizəni asanlaşdıran spirtli içki

Şərabda tez-tez koronavirusla müşayiət olunan kəskin respirator distress sindromunun şiddətini azalda bilən bir antioksidan var.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, bu qənaətə Kanadanın Laval Universitetinin alimləri gəlib.

Kəskin respirator distress sindromu ağciyərlərdə iltihab nəticəsində yaranan tənəffüs çatışmazlığıdır. Nəfəs darlığına, sürətli nəfəs almağa və dərinin mavi rəngə boyanmasına səbəb olur.

Lakin kanadalı tədqiqatçıların müəyyən etdiyi kimi, orqanizmdə xüsusi ACE2 fermentinin yüksək olması bu sindromun şiddətini azalda bilər. Orqanizmdə onun konsentrasiyası qırmızı və ağ şərabda, fıstıqda, püstədə, kakaoda, moruqda, üzümdə, qaragilədə və zoğalda olan antioksidant resveratrolu artırır.

Molekulyar biologiya laboratoriyasının aparıcı tədqiqatçısının izah etdiyi kimi, ACE2 konsentrasiyasının artması, bir tərəfdən, koronavirusun hüceyrəyə daxil olma riskini artıra bilər. Digər tərəfdən, ferment işləmədikdə, bu, iltihab reaksiyasını gücləndirən AngII peptidinin miqdarının artmasına səbəb olur. Xüsusilə qan damarlarını daraldır.

Buna görə də, mənim fikrimcə, ACE2-nin olmaması və AngII-nin artıqlığı COVID-19-un gedişatına mənfi təsir göstərir”, - mütəxəssis vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875
avatar

Oxşar yazılar