COVID-19-dan ölümlər dörd həftədə  58 faiz   azalıb - RƏSMİ
23 iyun 2023 12:18 (UTC +04:00)

COVID-19-dan ölümlər dörd həftədə 58 faiz azalıb - RƏSMİ

Mayın 22-dən iyunun 18-dək olan müddətdə dünyada 1,2 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 7,1 mindən çox insan dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülleteninə əsasən, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 58, yoluxmaların sayı isə 48 faiz azalıb.

Təşkilatın məlumatına görə, dörd həftə ərzində dünyada 1 210 687 yoluxma, 7 168 ölüm halı qeydə alınıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1507

Oxşar yazılar