Çobanyastığı çayı ilə nə içməməlisiniz? - bunları unutmayın
19 fevral 2026 17:28 (UTC +04:00)

Çobanyastığı çayı ilə nə içməməlisiniz? - bunları unutmayın

0

Çobanyastığı çayı sakitləşdirici təsiri ilə tanınır. Lakin həkimlər xəbərdarlıq edir ki, onu hər içki ilə birlikdə qəbul etmək olmaz. Əsas səbəb aktiv maddələrin qarşılıqlı təsiridir. Bu maddələr çobanyastığının təsirini gücləndirə də bilər, zəiflədə də. Tibb mütəxəssisləri bildirirlər ki, çobanyastığını alkoqolla birlikdə içmək məsləhət deyil.

Lent.az xəbər verir ki, bu, qaraciyərə əlavə yük yaradır.

Alkoqol sakitləşdirici təsiri artırır və insan özünü daha yuxulu hiss edir. Bu hal güclü süstlük və halsızlıq yarada bilər. Həmçinin çobanyastığını qəhvə ilə birlikdə içmək də arzuolunan deyil. Kofein onun təsirini neytrallaşdırır. Nəticədə çay sakitləşdirici effektini itirir və orqanizm ziddiyyətli siqnallar alır.

Həkimlər vurğulayır ki, çobanyastığını enerji içkiləri ilə birlikdə qəbul etmək olmaz. Bu, sinir sistemində həddindən artıq yüklənməyə səbəb ola bilər. Enerji içkiləri orqanizmi stimullaşdırır, çobanyastığı isə rahatladır. Bu ziddiyyət ürək üçün zərərli sayılır.

Bəzi dərmanlarla da uyğun gəlmir. Xüsusilə sakitləşdirici təsirə malik preparatlarla birlikdə qəbul edildikdə risk artır. Çobanyastığı həmin dərmanların təsirini gücləndirir və bu, həddindən artıq yuxululuq yarada bilər.

Mütəxəssislər antikoaqulyant (qan durulaşdırıcı) dərman qəbul edənlərə də ehtiyatlı olmağı tövsiyə edir. Çobanyastığı qanın laxtalanmasına təsir göstərə bilər. Oxşar təsirə malik digər otlarla birlikdə istifadəsi də arzuolunmazdır. Bu, orqanizmə əlavə yük yaradır.

Həkimlər məsləhət görür ki, çobanyastığı çayını ayrı içmək daha yaxşıdır. Bu zaman onun təsiri daha tam şəkildə özünü göstərir.

Mütəxəssislər xatırladır ki, çobanyastığının ölçülü istifadə edildikdə təhlükəsiz sayılır. Lakin yanlış kombinasiya onun təsirini dəyişə bilər. Xüsusilə sağlamlıq vəziyyətini nəzərə almaq vacibdir. Xroniki xəstəlikləri olan şəxslərə həkimlə məsləhətləşmək tövsiyə olunur.

Çobanyastığı çayı faydalı içki olaraq qalır. Sadəcə onu düzgün şəkildə qəbul etmək lazımdır. Elə buna görə də mütəxəssislər xəbərdarlıq edir ki, bütün qarışıqlar faydalı deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 60

Oxşar yazılar