Çay paketini yenidən istifadə etmək olmaz  - SƏBƏB
08 sentyabr 2022 06:16 (UTC +04:00)

Çay paketini yenidən istifadə etmək olmaz - SƏBƏB

Çay paketlərini ilk istifadə etdikdən sonra dəmləmək olmaz.

Lent.az-ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə “Sport-Express”ə müsahibəsində “Mənim çayım” layihəsinin müəllifi Sergey Şevelev danışıb.

Onun sözlərinə görə, istifadə edilən paketin qidalı mühitində göbələklər və bakteriyalar çoxalır.

Bundan əlavə, paketdən istifadə etdikdən sonra içərisində oksidləşmə başlayır. 

Bulanıq su və ya içkinin səthində görünən bir təbəqə prosesin başladığını göstərir. 

Bu içkidə çox zəhərli üzvi birləşmənin əmələ gəlməsi deməkdir.

Belə çayın müntəzəm qəbulu başgicəllənmə, ürəkbulanma və qusma, mədə-bağırsaq sisteminin zədələnməsi, qaraciyər xəstəliklərinə və digər xoşagəlməz nəticələrə səbəb ola bilər.

Mütəxəssis vurğuladı ki, belə çaydan daimi istifadə sağlamlığa ciddi ziyan vurula bilər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Oxşar yazılar