Bu xəstələrə  masaj   etdirmək olmaz
30 iyun 2022 12:43 (UTC +04:00)

Bu xəstələrə masaj etdirmək olmaz

Masajın müsbət tərəfləri olduğu kimi, əks təsirləri də var.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq-təlimçi Yelena Novikova danışıb.

Ekspert qeyd edib ki, kəskin ürək çatışmazlığı, dəri xəstəlikləri, iltihabi prosesləri, açıq yaraları və onkologiyası olan vətəndaşlar üçün masajdan imtina etmək daha yaxşıdır.

Novikova onurğanın müvafiq hissəsinin yırtıqları zamanı bel nahiyəsinin masaj edilməsi ilə də bağlı xəbərdarlıq edib:

“Belə hallarda təcrübəli mütəxəssislə əlaqə saxlamağı tövsiyə edirəm. Çünki əks təsiri ola bilər”.

Novikovanın sözlərinə görə, hipertoniyalı vətəndaşların da masajdan imtina etmək daha yaxşıdır. 

Eyni zamanda, mütəxəssisi qeyd edib ki, masaj bel yırtığı olan xəstənin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Çünki prosedur zamanı onurğa uzanır, nəticədə sinir uclarının sıxılması dayanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3306
avatar

Fidan İlqar

Oxşar yazılar